AMB Azərbaycanın iqtisadi artım proqnozunu 1,3 faizə yüksəldib

İqtisadiyyat Xəbər 29 Oktyabr 2026 11:14 (UTC +04:00)
AMB Azərbaycanın iqtisadi artım proqnozunu 1,3 faizə yüksəldib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonuna ölkədə ümumi daxili məhsulun (ÜDM) artımının 1,3 faiz, 2027-ci ildə isə 2,3 faiz təşkil edəcəyini proqnozlaşdırır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari il üzrə iqtisadi artım proqnozu yuxarıya doğru yenilənib. Qeyri-neft-qaz sektorunda ÜDM artımının isə 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə 4,3 faiz olacağı gözlənilir.

T.Kazımov qeyd edib ki, sentyabr ayının nəticələrinə əsasən, qeyri-neft-qaz ÜDM-in artımı 2,6 faiz təşkil edib. Bu artımı dəstəkləyən əsas sahələr turizm, ticarət, rabitə və nəqliyyat sektorlarıdır.

AMB sədri, həmçinin ölkənin valyuta ehtiyatları ilə bağlı məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 milyard ABŞ dollarına çatıb ki, bu da Azərbaycanın müstəqillik tarixində ən yüksək göstəricidir.

T.Kazımov cari əməliyyatlar balansının proqnozlarına da qayıdaraq, xarici sektor üzrə göstəricilərin ölkənin makroiqtisadi vəziyyətinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti