Bakı. Trend:
Monetar sektor göstəriciləri izafi likvidlik şəraitində formalaşır. Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin sentyabr ayının sonuna 6.2 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.2 dəfə artıb.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, bu şəraitdə təminatsız pul bazarı üzrə istinad faizləri bir qədər azalmağa meyil edir. "Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin avqust ayında 6.31%, sentyabr ayında 5.93%, oktyabrın ötən dövründə isə 5.99% olub.
"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı sentyabr ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 66.4% təşkil edib", - məlumatda qeyd edilib.
