VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu əvvəlki illərdən nə ilə fərqlənir?

Mədəniyyət Xəbər 28 Oktyabr 2026 12:18 (UTC +04:00)
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu əvvəlki illərdən nə ilə fərqlənir?
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il əvvəlki illərlə müqayisədə daha geniş proqramla keçirilir. Forum çərçivəsində ümumilikdə 26 müxtəlif tədbirin təşkili nəzərdə tutulub.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə çərşənbə günü mədəniyyət nazirinin müavini Fərid Cəfərov forum çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, forumun proqramına dörd əsas dialoq, eləcə də plenar və panel sessiyaları daxildir. Tədbirin əsas mövzusu parçalanmış dünyada körpülərin qurulması və ortaq gələcək naminə dialoqdur.

F.Cəfərov qeyd edib ki, forumun tərəfdaşları sırasında Mədəniyyət Nazirliyi ilə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansı, ICESCO, UNESCO və BMT-nin Turizm Təşkilatı yer alır. Tədbirlərin böyük əksəriyyətində beynəlxalq tərəfdaşlar və müzakirə mövzularına uyğun olaraq yerli dövlət qurumları iştirak edirlər.

Nazir müavini builki forumda müxtəlif ictimai qrupların təmsilçiliyinin genişləndirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Hökumət və beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, qadınların, gənclərin və özəl sektor təmsilçilərinin müzakirələrə qoşulması təşviq olunur.

“Burada məqsəd mədəniyyətlərarası dialoqda hər kəsin çıxışına və iştirakına imkan yaratmaqdan ibarətdir”, – deyə F.Cəfərov bildirib.

O əlavə edib ki, forumda 500-dən çox xarici qonaq iştirak edir. İştirakçılar arasında hökumətlərin və beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı, beynəlxalq qeyri-hökumət təşkilatlarının, nüfuzlu xarici medianın və akademik dairələrin nümayəndələri, aparıcı xarici universitetlərin professorları və gənc liderlər də var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti