Füzulinin çox hissəsi minalardan təmizlənib

Cəmiyyət Xəbər 27 Oktyabr 2026 16:09 (UTC +04:00)
Füzulinin çox hissəsi minalardan təmizlənib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Füzulinin çox hissəsi artıq minalardan təmizlənib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çərşənbə axşamı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar” adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Füzuli Qarabağın qapısı və bütün regionun infrastruktur və nəqliyyat mərkəzi hesab olunur.

“Azad edilmiş ərazilərdə həyata keçirilən yeni şəhərsalma prinsiplərinə əsasən, tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addımlar atılır.

Tarixi şəhər mərkəzində yerləşən bəzi xarabalıqlar olduğu kimi saxlanılaraq açıq səma altında memorial komplekslərin tərkib hissəsi kimi qorunacaq. Bu təcrübə Ağdam və Füzuli ilə yanaşı, azad edilmiş digər əsas şəhərlərdə də tətbiq olunur”,- deyə o bildirib.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.

Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.

Forumun proqramına sülh və təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq, gənclərin rolu, süni intellekt, yaradıcı iqtisadiyyat, media, mədəni irs və turizm kimi mövzularda müzakirələr daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti