Flavio Bolsonaronun namizəd olduğu partiya Lula da Silvanın qələbəsini qəbul edib

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 08:12 (UTC +04:00)
Flavio Bolsonaronun namizəd olduğu partiya Lula da Silvanın qələbəsini qəbul edib

Bakı. Trend:

Braziliyanın senator Flavio Bolsonaronun prezidentliyə namizədliyini irəli sürdüyü Liberal Partiyası seçkilərin nəticələrini və hazırkı prezident Luis İnasio Lula da Silvanın qələbəsini rəsmən tanıyıb.

Bu barədə partiyanın sədri Valdemar Kosta Netu bildirib.

“Ali Seçki Məhkəməsinin elan etdiyi prezident seçkilərinin nəticələrini tanıyırıq”, – deyə o bildirib.

Bununla yanaşı, partiya sədri qeyd edib ki, seçki komissiyası seçkilərin ikinci turunda səsvermə müddətinin iki saat uzadılması ilə bağlı bütün suallara aydınlıq gətirməlidir.

Xəbər lenti

Xəbər lenti