Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər

Siyasət Xəbər 26 Oktyabr 2026 15:16 (UTC +04:00)
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər. Bu saziş ölkələrin həyatına da öz töhfəsini verməlidir.

Trend-in müxbiri xəbər verir ki, bu sözləri bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının “Sülh dili və dezinformasiya ilə mübarizə” mövzusunda xüsusi sessiyasında deyib.

O bildirib ki, Azərbaycan üçün 2023-cü ildə sülh sazişi ilə bağlı razılığa gəlmək asan qərar olmayıb.

“Uzun illər davam edən müharibədən sonra sülhə nail olmaq asan deyildi. Prezident İlham Əliyev öz xoş məramını göstərdi. Sülh sazişi Ermənistana Azərbaycan tərəfindən təqdim edilib, onun ilkin prinsipləri Azərbaycanda hazırlanıb. Vaşinqton Sammitində sülh sazişi paraflandı. Daha sonra Azərbaycan sülh üçün vacib addımlar atdı”, – deyə Prezidentin köməkçisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti