Azərbaycanın Ermənistanla sülh prosesindəki liderliyi çox yüksək qiymətləndirilir - Niderland XİN

Siyasət Xəbər 26 Oktyabr 2026 13:43 (UTC +04:00)
Azərbaycanın Ermənistanla sülh prosesindəki liderliyi çox yüksək qiymətləndirilir - Niderland XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın Ermənistanla sülh prosesində nümayiş etdirdiyi öhdəlik və liderlik çox yüksək qiymətləndirilir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə bazar ertəsi Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Niderland regionda dayanıqlı sülh və təhlükəsizliyə doğru balanslı yanaşma tətbiq edir ki, bu da hər kəs üçün həlledici və faydalıdır.

“Niderland dünyanın müəyyən hissələrinə bu minatəmizləmə sahəsində dəstək göstərir. Əminəm ki, komandalarımız Azərbaycana dəstək olmaq üçün kömək edə biləcəyimiz imkanları da nəzərdən keçirəcək”,- deyə nazir bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti