Niderland XİN başçısı Bakıya gəldi, İrəvana da gedəcək

Siyasət Xəbər 26 Oktyabr 2026 11:53 (UTC +04:00)
Niderland XİN başçısı Bakıya gəldi, İrəvana da gedəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycana səfər edib.

Bu barədə Niderland Krallığının xarici işlər naziri Tom Berendsen “X” sosial media hesabında qeyd edib.

“Bu həftə Azərbaycan və Ermənistan ilə əməkdaşlığımızı daha da dərinləşdirmək üçün hər iki ölkəyə səfər edirəm.

Həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyan ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcəyəm. Niderland davamlı sülhə doğru növbəti addımları dəstəkləyir”,- deyə o bildirib.

Xatırladaq ki, Bakı aparılan danışıqlardan sonra XİN rəhbərinin İrəvana gedecəyi planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti