Fransada iğtişaşların dağıdılması zamanı iki nəfər ağır yaralanıb

Dünya xəbərləri Xəbər 24 Oktyabr 2026 23:51 (UTC +04:00)
Fransada iğtişaşların dağıdılması zamanı iki nəfər ağır yaralanıb

Bakı. Trend:

Fransada qiymət artımına qarşı keçirilən nümayişlər zamanı baş verən iğtişaşların yatırılması nəticəsində azı iki nəfər ağır xəsarət alıb.

Bu barədə Fransanın daxili işlər naziri Loran Nünez brifinqdə bildirib.

“Bildiyimə görə, daxili təhlükəsizlik qüvvələrinin son dərəcə şiddətli iğtişaşlar şəraitində keçirdiyi əməliyyatlar zamanı Klermon-Ferran və Tuluzada iki nəfər ağır xəsarət alıb”, – deyə o bildirib.

Nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarının təhlükəyə mütənasib şəkildə hərəkət etdiklərini vurğulayıb, lakin mümkün qanun pozuntularının bütün hallarının araşdırılacağını vəd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti