“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi AzMİU-da (FOTO/VİDEO)

Cəmiyyət Xəbər 23 Oktyabr 2026 17:25 (UTC +04:00)
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi AzMİU-da (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku Network) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Memarlıq və İnşaat Universitetində tələbələrlə görüş keçirib.

Tədbiri Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyev çıxış nitqi ilə açıb, tədbirin önəmi barədə fikirlərini bölüşüb.

Daha sonra çıxış edən Trend BİA-nın direktor müavini, layihənin təlimçisi Sahil Kərimli bildirib ki, dünyada elə proseslər gedir ki, bunlardan müxtəlif ölkələr çox ciddi zərər görürlər.

“Bu ideoloji təhdidlərin, təxribatların kökündə bir çox səbəblər dayanır. Siz gənclər cəmiyyətin əsas aparıcı təbəqəsisiniz. Xarici təhdidlər, ideoloji təxribatlar ilk növbədə gənclərin zərərli təsirlərə məruz qalması ilə həyata keçirilir. Heç bir ölkə bu zərərli təsirlərdən sığortalanmayıb.

Uzun illərdir Azərbaycanın həyata keçirdiyi müstəqil, qətiyyətli siyasət daim bir çox beynəlxalq dairləri, beyin mərkəzlərini narahat edir. Ona görə də onlar dayanmırlar. Xüsusilə, gənc nəsil bu təhdidlərə qarşı ayıq-sayıq olub, sipər olmalıdırlar” - deyə o bildirib.

“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, əməkdar jurnalist Elçin Alıoğlu öz növbəsində çıxışı zamanı əlavə edib ki, Azərbaycanın tarixində xalqımıza qarşı hibrid savaşlar çox olub.

Onun sözlərinə görə, indiki hibrid savaşları bəzən gənclər hiss etmir, duymur. Çünki bu savaşlara müxtəlif donlar geyindirirlər.

"Onlar istəyirlər ki, gənclərimiz təhsilli olmasın, yad düşüncə və həyat tərzinə daha çox üstünlük versinlər. Belə olan halda nihilizm, kosmopolitzm hökm sürür. 10 il əvvəl ağlınıza belə gətirə bilməyəcəyiniz hadisələri indi normal qarşılayırsınız.

Gənclər ilk növbədə özünə sual verməlidirlər. Azərbaycan mənim üçün nə edib deməyin. Siz Azərbaycan üçün nə etmisiniz onu düşünün", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti