Bakı.Trend:
Rusiya ilə Ukrayna arasında "270/270" formulu əsasında əsir mübadiləsi baş tutub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 23-də Kiyev rejiminin nəzarətində olan ərazidən 270 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 270 hərbi əsiri təhvil verilib. Geri qaytarılan rusiyalı hərbçilər hazırda Belarus Respublikasının ərazisindədirlər. Onlarla Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova işləyir", — deyə qurumdan bildirilib.
Qeyd edilir ki, zəruri psixoloji və tibbi yardım göstərildikdən sonra hərbçilər sonrakı müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.
Bundan əvvəlki əsir mübadiləsi "103/103" formulu əsasında avqustun 19-da Belarusun Qomel vilayətində həyata keçirilib.
