Bakı.Trend:
ABŞ Ermənistana 1,4 milyon dollarlıq nəqliyyat vasitələri və xüsusi avadanlıqlar təhvil verib.
"Aysor" nəşrinin məlumatına görə, bu barədə ABŞ-nin İrəvandakı səfirliyi məlumat yayıb.
Təhvilvermə ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində həyata keçirilib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, tədarük Ermənistanın sərhəd xidmətinin modernləşdirilməsinə, sərhəd təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də insanların və malların hərəkəti zamanı təhlükəsizliyin artırılmasına töhfə vermək məqsədi daşıyır.
“Bu dəstək ABŞ-nin Ermənistanın sərhəd idarəçiliyi sahəsində potensialının gücləndirilməsinə və regional bağlantıların inkişafına, o cümlədən “Tramp marşrutu” (TRIPP) çərçivəsində əməkdaşlığa sadiqliyini əks etdirir”, – deyə səfirliyin məlumatında qeyd olunub.
