Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların tənzimləyici kapitalının həcmi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, tənzimləyici kapitalının həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın tənzimləyici kapitalının həcmi 2,149 milyard manat təşkil edib.
İkinci sırada 1,461 milyard manat tənzimləyici kapital ilə “Kapital Bank” dayanıb. Siyahının üçüncü pilləsində 981,175 milyon manat tənzimləyici kapital ilə "PAŞA Bank" qərarlaşıb.
Tənzimləyici kapitalının həcmi ən az olan bank isə Yelo Bank olub. Bankın tənzimləyici kapitalının həcmi 61,377 milyon manat təşkil edib.
| Banks | Regulatory capital | |
| 1 | ABB | 2,148,807,42 |
| 2 | Kapital Bank | 1,460,613,00 |
| 3 | Pasha Bank | 981,175,00 |
| 4 | Xalq Bank | 531,310,61 |
| 5 | Bank Respublika | 298,260,14 |
| 6 | UniBank | 266,956,26 |
| 7 | AccessBank | 239,395,75 |
| 8 | Premium Bank | 192,807,00 |
| 9 | Bank of Baku | 187,581,91 |
| 10 | ZiraatBank | 174,076,30 |
| 11 | Rabita Bank | 143,516,42 |
| 12 | AzersenayeBank | 131,531,79 |
| 13 | Expressbank | 129,669,00 |
| 14 | Azer–Turk Bank | 128,690,00 |
| 15 | YapikrediBank | 114,754,52 |
| 16 | Turan Bank | 108,854,00 |
| 17 | VTB Bank | 106,802,15 |
| 18 | Avrasiya Bank | 92,120,49 |
| 19 | AFB Bank | 76,181,28 |
| 20 | Bank Melli Iran | 73,703,56 |
| 21 | Yelo Bank | 61,377,42 |
