Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların məcmu öhdəliklərinin həcmi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, məcmu öhdəliklərinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın məcmu öhdəliklərinin həcmi 13,795 milyard manat təşkil edib.
İkinci sırada 12,575 milyard manat məcmu öhdəlik ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 9,002 milyard manat məcmu öhdəlik ilə "PAŞA Bank" qərarlaşıb.
Məcmu öhdəliklərinin həcmi ən az olan bank isə "Bank Melli İran"nın Bakı filialı olub olub. Bankın məcmu öhdəliklərinin həcmi 57,784 milyon manat təşkil edib.
| Banks | Aggregate liabilities | |
| 1 | ABB | 13,794,911,38 |
| 2 | Kapital Bank | 12,575,097,00 |
| 3 | Pasha Bank | 9,002,348,00 |
| 4 | Bank Respublika | 2,372,796,96 |
| 5 | Xalq Bank | 2,291,782,88 |
| 6 | UniBank | 2,149,461,15 |
| 7 | Azer–Turk Bank | 2,048,910,00 |
| 8 | AccessBank | 1,644,957,00 |
| 9 | ZiraatBank | 1,433,375,81 |
| 10 | Bank of Baku | 1,372,727,80 |
| 11 | Yelo Bank | 1,363,987,95 |
| 12 | Rabita Bank | 1,312,328,99 |
| 13 | YapikrediBank | 872,496,41 |
| 14 | Turan Bank | 803,301,00 |
| 15 | AzersenayeBank | 721,835,94 |
| 16 | Expressbank | 594,549,00 |
| 17 | AFB Bank | 495,301,51 |
| 18 | Premium Bank | 480,790,00 |
| 19 | VTB Bank | 249,453,91 |
| 20 | Avrasiya Bank | 144,779,30 |
| 21 | Bank Melli Iran | 57,784,07 |
