Ordubada qar yağıb

Cəmiyyət Xəbər 21 Oktyabr 2026 11:02 (UTC +04:00)
Ordubada qar yağıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ordubada qar yağıb.

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava əsasən yağmursuz keçib. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Ordubad, Lerikdə 4, Şahbuz, Gədəbəy, Qusarda 2, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı, Astarda 1 mm-dir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti