Tramp Putindən Rusiyada saxlanılan ABŞ vətəndaşı Stiven Habardı azad etməyi xahiş edib

Dünya xəbərləri Xəbər 21 Oktyabr 2026 01:30 (UTC +04:00)
Tramp Putindən Rusiyada saxlanılan ABŞ vətəndaşı Stiven Habardı azad etməyi xahiş edib

Bakı. Trend:

Donald Tramp çərşənbə axşamı bildirib ki, rusiyalı həmkarı Vladimir Putindən Rusiyada saxlanılan ABŞ vətəndaşı Stiven Habardın azad edilməsini istəyib. O, bununla bağlı məsələnin həllinin yaxın zamanda mümkün ola biləcəyinə işarə edib.

ABŞ prezidenti deyib: «Prezident Putinlə cənab Habard haqqında danışdım. Bu barədə onunla uzun-uzadı söhbət etdim. Ondan Habardı azad etməsini xahiş etdim». O, əlavə edib: «Cənab Habardı geri qaytarmağın vaxtıdır».

Xəbər lenti

Xəbər lenti