Paşinyan kobud səhvə görə protokol rəhbərini işdən azad etdi

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 12:33 (UTC +04:00)
Paşinyan kobud səhvə görə protokol rəhbərini işdən azad etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuat konfransı zamanı etdiyi çıxışdakı səhvdən sonra Dövlət Protokolu Xidmətinin rəhbəri Qaqik Vanoyanı vəzifəsindən azad edib.

İşdən çıxarılma ilə bağlı qərar Ermənistan hökumətinin rəsmi saytında dərc olunub.

Ermənistan KİV-lərinin məlumatına görə, 2022-ci ilin dekabrından bu vəzifəni tutan protokol xidmətinin rəhbərinin işdən çıxarılmasına Paşinyanın oktyabrın 17-də İrəvanda Japarovla danışıqlardan sonra mətbuat üçün bəyanatla çıxış edərkən etdiyi səhv səbəb olub.

Həmin vaxt Paşinyan Japarova müraciət edərkən onu Qazaxıstan prezidenti adlandırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti