Niderlandda nəqliyyatçıların ümumilli tətili elan olunub

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 15:47 (UTC +04:00)
Niderlandda nəqliyyatçıların ümumilli tətili elan olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Niderlandda regional ictimai nəqliyyat sektorunun işçiləri əmək şəraiti ilə bağlı işəgötürənlərlə danışıqların nəticəsiz qalması səbəbindən oktyabrın 22-də bir ay ərzində ikinci ümummilli tətil keçirəcəklər.

Bu barədə RTL telekanalı məlumat yayıb.

Bildirilib ki, tətil ölkə üzrə avtobus və qatarların hərəkətində ciddi fasilələrə səbəb ola bilər. Həmkarlar ittifaqları işəgötürənlərdən yeni kollektiv əmək müqaviləsi üzrə təkliflərini yaxşılaşdırmağı tələb edirlər. Onların fikrincə, hazırkı təkliflərin qəbul edilməsi əmək şəraitinin pisləşməsinə gətirib çıxara bilər. Bundan əlavə, işçilərin nümayəndələri iş və şəxsi həyat arasında balansın təmin edilməsi üçün əlavə tədbirlərin görülməsində israr edirlər.

Oktyabrın 14-də keçirilən əvvəlki tətil nəqliyyatın fəaliyyətində ciddi fasilələrə səbəb olub. FNV-nin məlumatına görə, ölkə üzrə avtobusların təxminən 90 faizi reyslərə çıxmayıb. Nəqliyyat sahəsindəki işəgötürənləri birləşdirən təşkilat isə işçilərin 50 faizinin tətilə qoşulmağa hazır olduğunu bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti