İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

Siyasət Xəbər 18 Oktyabr 2026 01:31 (UTC +04:00)
İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

Bakı. Trend:

Romanın mərkəzində Azərbaycanın İtaliyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş təntənəli konsert proqramı keçirilib.

Səfirlikdən bildirilib ki, tədbirdə diplomatik korpusun, beynəlxalq təşkilatların, media, mədəniyyət və akademik dairələrin nümayəndələri, eləcə də Romada yaşayan həmyerlilərimiz iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli 18 oktyabrın ölkəmizin tarixindəki mühüm yerindən bəhs edib. Səfir diqqətə çatdırıb ki, 1991-ci ildə xalqımız 28 may 1918-ci ildə yaradılmış və Müsəlman Şərqində ilk dünyəvi demokratik respublika hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi prinsipinə əsaslanaraq öz müstəqil dövlətini bərpa etmək əzmini nümayiş etdirib.

Müstəqilliyə gedən yolun çətin və keşməkeşli olduğunu vurğulayan səfir, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mühüm töhfələri sayəsində müasir Azərbaycanın beynəlxalq aləmdə güclü, müstəqil və çiçəklənən bir dövlətə çevrildiyini bildirib.

Daha sonra Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə çıxış edərək, musiqi və rəqsin bir millətin tarixini daha geniş auditoriyaya fərqli və təsirli formada çatdırmaqda mühüm rol oynadığını diqqətə çatdırıb.

Rəsmi hissədən sonra təqdim olunan "Bir Millətin Səsi" adlı konsert proqramında Mədinə Şahgəldiyeva (kamança), İsmayıl Zülfüqarov (tar), Cəfər Həsənovun (nağara) və Bakı Xoreoqrafiya Akademiyasının altı istedadlı rəqqasının ifasında Azərbaycan bəstəkar və xalq musiqiləri, həmçinin "Yallı", "Cəngi" kimi milli rəqslərimiz nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti