Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

İdman Xəbər 17 Oktyabr 2026 00:46 (UTC +04:00)
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Bakı. Trend:

Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım İsmayılov birdən qaldırma hərəkətində 139 kiloqram nəticə göstərərək üçüncü yeri tutub.

İdmançı təkanla qaldırma hərəkətində də uğurlu çıxış edərək 175 kiloqram çəkinin öhdəsindən gəlib və bürünc medala sahib olub.

Beləliklə, iki hərəkətin cəmində 314 kiloqram nəticə göstərən Qasım İsmayılov Avropa birinciliyinin daha bir bürünc medalını qazanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti