"Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb - Premyer Liqa

İdman Xəbər 16 Oktyabr 2026 21:25 (UTC +04:00)
"Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb - Premyer Liqa

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.

"Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb.

Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 8-ə çatdıran "Sumqayıt" səkkizinci pillədə qərarlaşıb. Qonaqlar isə 2 xalla sonuncu - 12-ci yerdədir.

Bu, "kimyaçılar"ın ardıcıl ikinci qələbəsi olub.

Turun digər matçında isə "Şamaxı" "Şəfa"nı 3:2 hesabı ilə üstələyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti