İsmayıllıda minik avtomobili tırla toqquşub, sürücü ölüb

Hadisə Xəbər 16 Oktyabr 2026 17:05 (UTC +04:00)
İsmayıllıda minik avtomobili tırla toqquşub, sürücü ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Balik kəndi ərazisində baş verib.

Belə ki, “VAZ-2106” markalı minik avtomobili ilə “DAF” markalı tır toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü ölüb, sərnişinləri isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti