Suriyada strateji qaz kəmərində partlayış olub

Dünya xəbərləri Xəbər 16 Oktyabr 2026 15:49 (UTC +04:00)
Suriyada strateji qaz kəmərində partlayış olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Suriyanın şimal-şərqində, Əl-Həsəkə əyalətində Suriya Neft Şirkətinə (SPC) məxsus “Əl-Cəbsə" ixrac qaz kəmərində güclü partlayış baş verib.

Dövlətə məxsus SANA agentliyinin məlumatına görə, magistral qaz kəməri qəsdən sabotaja məruz qalıb. Nəticədə güclü yanğın baş verərək boru kəmərinin zədələnmiş hissəsini əhatə edib.

Agentliyin bildirdiyinə görə, “Əl-Cəbsə” qaz kəmərində baş verən insident son 24 saat ərzində ölkənin enerji infrastrukturuna endirilən ikinci zərbə olub. Bundan bir neçə saat əvvəl sahilyanı Banyas şəhərindən Homs şəhərinə neft məhsullarının nəqli xəttində sızma və zədələnmə qeydə alınıb.

Suriyanın aidiyyəti qurumları qəza baş verən istiqamətdə xammalın nəqlini operativ şəkildə dayandırıb, yanğınsöndürmə briqadaları və texniki qruplar isə yanğının lokallaşdırılmasına və zərərin miqyasının qiymətləndirilməsinə başlayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti