Bakı.Trend:
Azərbaycan əsilli rusiyalı reper “Navai” Qazaxıstanda 2,1 milyon təngə (təxminən 4 100 dollar) girov müqabilində şərti azadlığa buraxıla bilər.
Bu barədə “Tengri Life” nəşrinə onun vəkili Rəna Kərimova açıqlama verib.
Hazırda reperin müdafiə tərəfi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində şərti azadlıq tədbiri ilə əvəz olunmasına nail olmağa çalışır. Girovun məbləği təxminən 2,1 milyon təngə (4 100 dollar) ola bilər. Qərarı məhkəmə verəcək.
Məhkəmə reperin həbsdə saxlanılması müddətini dekabrın 14-ü səhər saatlarınadək uzadıb. Bununla belə, Qazaxıstan qanunvericiliyi ölkədən çıxmamaq haqqında iltizam, girov və ya ev dustaqlığı kimi daha yüngül qətimkan tədbirlərinin tətbiqinə də imkan verir.
