Bakı. Trend:
2026-cı ilin ilk 9 ayı ərzində A-Qroup sığorta şirkətində onkoloji
xəstəliklərlə bağlı 69 müraciət qeydə alınıb.
Şirkət sığortaolunanların həm ölkə daxilində, həm də xaricdə müayinə və müalicə xərclərinin qarşılanmasına 132 231 AZN-dən çox vəsait ödəyib.
Ciddi xəstəlik yalnız sağlamlıq üçün sınaq deyil, həm də əhəmiyyətli maliyyə yüküdür. Diaqnostika, mütəxəssis konsultasiyaları və müalicə ailə büdcəsində əvvəlcədən nəzərdə tutulması çətin olan ciddi xərclər yarada bilər. Tibbi sığorta polisi müalicə xərclərini azaltmağa və diqqəti ən vacib məsələyə — sağlamlığın bərpasına yönəltməyə imkan verən maliyyə təminatıdır.
A-Qroup bütün sığortaolunanlara tezliklə sağalmalarını arzulayır və xatırladır ki, onkoloji xəstəlik diaqnozu ümidsizlik demək deyil. Vaxtında diaqnostika və düzgün müalicə ilə sağalma şansı hər zaman mövcuddur.
Xatırladaq ki, A-Qroup sığorta şirkəti artıq 31 ildir
müştərilərinin qayğısına qalaraq onlara dünya standartlarına uyğun
xidmət göstərməkdə davam edir.