Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Xəbər 16 Oktyabr 2026 10:31 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycan nefti “Azeri Light” markasının qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,1 dollar və ya 4,1 faiz azalaraq bir barel üçün 119,04 dollar təşkil edib.

Bu barədə neft bazarının iştirakçılarının məlumatında bildirilir.

Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,3 dollar və ya 3,8 faiz azalaraq 108,49 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,05 dollar və ya 0,1 faiz azalaraq bir barel üçün 83,40 dollar təşkil edib.

Şimal dənizində hasil olunan “Dated Brent” markalı neftin bir barelinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,57 dollar və ya 1,2 faiz azalaraq 125,98 dollar olub.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 dollar səviyyəsində nəzərdə tutulub.

“Trading Economics”in son məlumatlarına görə, cümə günü “Brent” markalı neftin qiyməti bir barel üçün 105 dolları ötüb. Yaxın Şərqdən neft tədarükündə fasilələrin yaranması ilə bağlı narahatlıqların artması fonunda həftənin yekununda qiymət artımı qeydə alınacağı gözlənilir.

“ABŞ-nin Mərkəzi Komandanlığı bu həftənin əvvəlində Hörmüz boğazında batan Sinqapur bayrağı altında üzən konteyner gəmisinin İran mərmisi ilə vurulduğunu təsdiqləyib. Bu, neftin fiziki tədarükünün bərpası ilə bağlı qeyri-müəyyənliyi artırıb və tankerlərlə daşımalar üzrə tariflərin rekord səviyyəyə yüksəlməsinə səbəb olub. Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi Yəməndəki husilər arasında gərginliyin artması da tədarükdə fasilələr yaranması riskini gücləndirib.

Bu arada Beynəlxalq Enerji Agentliyi (BEA) ABŞ rəsmilərinin apardığı danışıqlardan sonra mart ayında başlanmış əlaqələndirilmiş müdaxilə çərçivəsində qalan 100 milyon barel neftin bazara çıxarılmasına başlamaq barədə razılığa gəlib.

Bundan əlavə, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatları göstərib ki, ölkədə xam neft ehtiyatları ötən həftə 8,6 milyon barel azalıb. Bu, fevral ayından bəri ən böyük azalma olub”, – deyə “Trading Economics”in məlumatında bildirilir.

Qeyd olunur ki, bu həftə “Brent” markalı neftin qiymət dinamikası “WTI” markalı neftlə müqayisədə daha zəif olub. Buna ABŞ neftinin daşınma xərclərinin azalmasının həmin neftə tələbatı artırması təsir göstərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti