Mətbuat Şurasına daxil olan şikayətlərin sayı azalmağa doğru gedir - Vüqar Zifəroğlu

Cəmiyyət Xəbər 16 Oktyabr 2026 12:30 (UTC +04:00)
Mətbuat Şurasına daxil olan şikayətlərin sayı azalmağa doğru gedir - Vüqar Zifəroğlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2020–2026-cı illəri əhatə edən dövrə nəzər saldıqda Mətbuat Şurasına daxil olan şikayətlərin sayında azalma tendensiyası müşahidə olunur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu cümə günü Azərbaycanı jurnalistlərinin IX qurultayı çərçivəsində Mətbuat Şurasının yeni seçilən sədri Vüqar Zifəroğlu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının IX qurultayı çərçivəsindəki çıxışlarda medianın qarşısında duran ciddi çağırışlar, eləcə də yeni texnologiyaların jurnalistikaya təsiri ilə bağlı məsələlər gündəmə gətirilib. Yeni İdarə Heyəti qarşıdakı çağırışlara yüksək səviyyədə cavab verəcək.

“Azərbaycan Mətbuat Şurası həmişə olduğu kimi, fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək və müxtəlif maraqlı layihələr həyata keçiriləcək”, – deyə Vüqar Zifəroğlu qeyd edib.

Mətbuat Şurasının sədri, həmçinin quruma daxil olan şikayətlərin sayının əvvəlki illərlə müqayisədə azaldığını bildirib.

Onun sözlərinə görə, 2020–2026-cı illəri əhatə edən dövrə nəzər saldıqda şikayətlərin sayında azalma tendensiyası müşahidə olunur.

Vüqar Zifəroğlu vurğulayıb ki, Mətbuat Şurasına daxil olan bütün şikayətlər araşdırılacaq və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcək.

O əlavə edib ki, Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması və Mətbuat Şurasının fəaliyyəti üçün münbit şəraitin yaradılması nəticəsində gələcəkdə şikayətlərin daha da azalacağı, hətta tamamilə aradan qalxacağı gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti