ABŞ müttəfiqlərə silah satışını dayandırıb - Tramp

Dünya xəbərləri Xəbər 16 Oktyabr 2026 10:48 (UTC +04:00)
ABŞ müttəfiqlərə silah satışını dayandırıb - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ istehsal etdiyi döyüş sursatlarının müttəfiqlərinə satışını müvəqqəti olaraq dayandırıb və onları öz arsenallarını doldurmaq üçün yönəldib.

Bunu ABŞ Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib.

“Son vaxtlar döyüş sursatlarını özümüz üçün saxlayırıq, çünki onların özümüzə ehtiyacı var. Ehtiyatlarımızı kifayət qədər bərpa etdikdən sonra müttəfiqlərimizə onları yenidən bizdən almağa icazə verəcəyik”, – deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, ABŞ-nin döyüş sursatı ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar son aylarda artıb. The Washington Post yazır ki, Yaxın Şərqdəki müharibə ABŞ-ın əsas silah sistemləri üzrə ehtiyatlarına ciddi təzyiq göstərib və bu vəziyyət Vaşinqtonun müttəfiqlərinə silah tədarükünə də təsir edir. The Washington Post Eyni zamanda, Pentaqon ehtiyatların bərpası məqsədilə silah-sursat istehsalını sürətləndirir; sentyabrda ABŞ hökuməti AMRAAM raketlərinin istehsalının artırılması üçün "Raytheon" ilə 20,7 milyard dollarlıq müqavilə imzalayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti