Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)

Cəmiyyət Xəbər 16 Oktyabr 2026 15:44 (UTC +04:00)
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müzakirələr oktyabrın 16-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin NATO nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüş “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi çərçivəsində keçirilib.

Kərim Vəliyev peşəkar hərbi kadrların hazırlanmasında Azərbaycan ilə NATO arasında münasibətlərin xüsusi əhəmiyyət daşıdığını bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə NATO-nun dünyada sülh və təhlükəsizliyin təmin olunmasındakı rolundan danışılıb, qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin, təlim və kursların əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti