İran Hörmüz boğazını açmaq üçün şərtini açıqladı

Dünya xəbərləri Xəbər 16 Oktyabr 2026 16:29 (UTC +04:00)
İran Hörmüz boğazını açmaq üçün şərtini açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ qüvvələri Fars körfəzi regionunu tərk etdikdən sonra Hörmüz boğazı gəmiçilik üçün açılacaq.

"Fars" agentliyinin məlumatına görə, bunu İran ordusunun rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya bildirib.

“ABŞ regiondan çıxarsa, Hörmüz boğazı açılacaq”, – deyə o bildirib.

Əkrəminiyanın fikrincə, bu halda region ölkələrinin iştirakı ilə kollektiv təhlükəsizlik təmin ediləcək və dünya iqtisadiyyatının vəziyyəti yaxşılaşacaq.

“Əgər onlar (ABŞ) getməsələr, biz onları qovacağıq”, – deyə İran İslam Respublikası ordusunun nümayəndəsi əlavə edib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti