Azərbaycan və Türkiyə XİN iki ölkə arasındakı münasibətlərin cari vəziyyətini müzakirə edib

Siyasət Xəbər 16 Oktyabr 2026 05:05 (UTC +04:00)
Azərbaycan və Türkiyə XİN iki ölkə arasındakı münasibətlərin cari vəziyyətini müzakirə edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məlumata görə, görüş zamanı, Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.

Görüşdə həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti