Misir AQEM-in dialoq platforması kimi rolunun güclənəcəyinə ümid edir

Siyasət Xəbər 15 Oktyabr 2026 15:53 (UTC +04:00)
Misir AQEM-in dialoq platforması kimi rolunun güclənəcəyinə ümid edir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Misir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Asiya dövlətləri arasında dialoq və məsləhətləşmələr üçün inklüziv meydança kimi rolunu inkişaf etdirməyə davam edəcəyinə ümid edir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Misirin xarici işlər nazirinin müavini Məhəmməd Əbu Bəkr cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti zamanı çıxışında bildirib.

O qeyd edib ki, sabitliyin möhkəmləndirilməsi təkcə siyasi sahə və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır.

“Misir iki qitə arasındakı tarixi əlaqələrə və iqtisadi-investisiya inteqrasiyası üçün böyük potensiala əsaslanaraq Asiya və Afrika arasında tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.

Müşavirənin institusional inkişafını dəstəkləmək, onun səmərəliliyini artırmaq, prinsiplərini və məqsədlərini praktiki şəkildə həyata keçirmək məqsədilə Misirin AQEM-in bütün üzv dövlətləri ilə əməkdaşlığa sadiqliyini təsdiq edirik”,- deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti keçirilir.

İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.

"Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı Büyümə" şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə Sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.

AQEM-in institusional inkişafı getdikcə regional prioritetləri biznes və icmalar üçün maddi faydalarla birləşdirən praktiki əməkdaşlığa çevrilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti