Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı 64-ə çatıb

Dünya xəbərləri Xəbər 15 Oktyabr 2026 15:23 (UTC +04:00)
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı 64-ə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Niderlandda son bir həftə ərzində Qərbi Nil qızdırmasının daha 5 yeni yoluxma halı aşkarlanıb. Bununla da virusa yoluxanların ümumi sayı 64-ə çatıb.

Bu barədə "De Dagelijkse Standaard" qəzeti Niderlandın İctimai Səhiyyə və Ətraf Mühit üzrə Milli İnstitutunun məlumatlarına istinadən xəbər verib.

Xəstəliyə yoluxanlardan 3-ü Cənubi Hollandiya, 2-si isə Şimali Brabant əyalətinin sakinləri olublar. Bütün xəstələrdə simptomlar yaranmazdan əvvəl ağcaqanad dişləməsi qeydə alınıb.

Ötən həftə ilə müqayisədə ölüm hallarının sayı dəyişməyib. Niderlandda indiyədək Qərbi Nil virusu səbəbindən 10 nəfər həyatını itirib. Ölüm hallarının böyük əksəriyyəti yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər arasında qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti