Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır - Özbəkistan Prezidenti

Siyasət Xəbər 15 Oktyabr 2026 12:53 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır - Özbəkistan Prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır. Eyni zamanda, Azərbaycanın təşkilata sədrliyi dövründə səmərəli fəaliyyətinə görə təşəkkür edirik.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.

O bildirib ki, bu gün dünyada müxtəlif çağırışlar mövcuddur.

“Belə bir şəraitdə bizdən əməkdaşlıq tələb olunur. Bütün münaqişələri sülh yolu ilə həll etmək lazımdır. Gələcəkdə onların eskalasiyasının qarşısını almaq çox vacibdir. Təşkilatımızın əsas məqsədlərindən biri Asiyada qarşılıqlı etimad qurmaqdır”, – deyə o bildirib.

Özbəkistan Prezidenti əlavə edib ki, AQEM ölkələrin səylərini koordinasiya etməyə və iqlim dəyişiklikləri bağlı mübarizəyə yardımçı ola bilər.
“Özbəkistan AQEM-in gücləndirilməsinə töhfə verməyə hazırdır. Azərbacyanın sədrliyə davam etməsini yüksək dəyərləndiririk”,- deyə o bildirib

Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirilir.

İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın sədrliyinin təşkilatın möhkəmləndirilməsi və üzv dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.

“Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti