"Anglo Asian Mining" doqquz ay ərzində gümüş istehsalını 40 faizdən çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 15 Oktyabr 2026 11:09 (UTC +04:00)
"Anglo Asian Mining" doqquz ay ərzində gümüş istehsalını 40 faizdən çox artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

“Anglo Asian Mining” şirkəti 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda gümüş hasilatını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40,25 faiz artırıb.

Şirkətin son hesabatına əsasən, 2026-cı ilin ilk doqquz ayında 145 824 unsiya gümüş istehsal olunub. Ötən ilin eyni dövründə bu göstərici 103 971 unsiya təşkil edib.

Üçüncü rübdə də hasilatda əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2026-cı ilin iyul-sentyabr aylarında “Anglo Asian Mining” Azərbaycanda 52 969 unsiya gümüş hasil edib ki, bu da 2025-ci ilin üçüncü rübü ilə müqayisədə 27,25 faiz çoxdur. Ötən ilin eyni dövründə gümüş hasilatı 41 623 unsiya olub.

2026-cı ilin yanvar-sentyabr aylarında hasil edilən ümumi gümüşün 5 480 unsiyası qızıl-gümüş dore ərintisinin, digər 47 489 unsiyası isə flotasiya üsulu ilə emal və SART texnologiyasının tətbiqi nəticəsində əldə edilib.

Şirkət 2026-cı il üzrə gümüş hasilatı proqnozunu 170-210 min unsiya səviyyəsində saxlayır.

Qeyd edək ki, "Anglo Asian Mining plc" Azərbaycanda istehsal və geoloji kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl istehsalçısıdır.

Şirkət 2030-cu ilədək bir neçə aktivə malik orta miqyaslı mis və qızıl istehsalçısına çevrilməyi nəzərdə tutan inkişaf strategiyasını həyata keçirir. Mis artıq şirkətin əsas məhsuluna çevrilib. Proqnozlara görə, 2030-cu ilədək illik mis istehsalı təxminən 50–55 min tona çatacaq.

İstehsalın artırılması 2027–2030-cu illərdə üç yeni mədənin – “Xarxar”, “Qaradağ” və “Zəfər” mədənlərinin istismara verilməsi hesabına təmin ediləcək. Bu mədənlərdə hasilata müvafiq olaraq 2025-ci ilin may və iyul aylarında başlanmış “Gilar” və “Dəmirli” mədənlərini tamamlayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti