Azərbaycanda 47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

İqtisadiyyat Xəbər 14 Oktyabr 2026 11:10 (UTC +04:00)
Azərbaycanda 47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda investisiya təşviqi sənədi verilmiş layihələr üzrə 9,3 milyard manat investisiya qoyuluşu və təxminən 47 min iş yerinin yaradılması nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çərşənbə günü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.

O bildirib ki, sentyabrın 1-nə 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi mexanizminin müddəti isə 2029-cu ilədək uzadılıb.

E.Əliyevin sözlərinə görə, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən cari ilin ilk səkkiz ayında təqribən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit verilib.

Nazirin birinci müavini təşviq sənədləri üzrə nəzərdə tutulan nəticələrin sonrakı mərhələdə izlənilməsinin vacibliyini vurğulayıb.

“Təşviq sənədinin verilməsi layihənin həyata keçirilməsinə imkan yaradır. Sonrakı mərhələdə həmin investisiyaların reallaşması, müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin açılması diqqətdə saxlanılmalıdır”, – deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti