Bakı. Trend:
Alyona Əliyeva "Instagram" səhifəsində “44” bədii filminin təqdimatından görüntülər paylaşıb.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqının qəhrəmanlığına həsr olunan, tarixi yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi daşıyan filmin təqdimatı Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, tanınmış dövlət və ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirak ediblər.
Trend həmin paylaşımı təqdim edir: