UEFA Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

İdman Xəbər 13 Oktyabr 2026 22:43 (UTC +04:00)
UEFA Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" və “Slaviya Praqa” (Çexiya) komandaları arasında ikinci tur oyunu başa çatıb.

Bakı Olimpiya Stadionunda təşkil olunan görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 49-cu dəqiqədə Kahim Parris və 88-ci dəqiqədə Coy-Lens Mikels vurub.

Bununla da “bayquşlar” Liqa mərhələsində ilk tarixi qələbəsini qazanıb.

Komanda ilk matçda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Sabah” növbəti turda bu arenada Almaniya təmsilçisi “Borussiya Dortmund”la qarşılaşacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti