Azərbaycanda bank aktivlərinin ÜDM-ə nisbəti 47%-ə yaxınlaşıb

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 17:58 (UTC +04:00)
Azərbaycanda bank aktivlərinin ÜDM-ə nisbəti 47%-ə yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin birinci yarımili ərzində bank sektorunun cəmi aktivləri 6.8% (3.9 milyard manat) artaraq 60.9 milyard manat təşkil edib. Sektorun cəmi öhdəlikləri isə 7.1% (3.5 milyard manat) artaraq 53.3 milyard manat təşkil edib. Nəticədə, bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti ötən ilin sonu ilə müqayisədə 2.5 faiz bəndi artaraq 46.7%-ə çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı "Maliyyə Sabitliyi Hesabatı"nda bildirilib.

Məlumata əsasən, yarımil ərzində balansın artımı əsasən fiziki şəxslərin müddətli depozitləri hesabına olub ki, bu da kredit portfelinin artımını dəstəkləyib. 2026-cı ilin birinci yarımilinə olan məlumatlara əsasən, bank sektorunun aktivlərinin 49.1%-ni xalis kredit portfeli, 25.3%-ni likvid aktivlər, 25.6%-ni isə digər aktivlər təşkil edib. Öhdəliklərin 42%-i hüquqi şəxslərin depozitləri, 33%-i fiziki şəxslərin əmanətləri, 25%-i isə digər öhdəliklərdən formalaşıb.

"Ötən ilin sonu ilə müqayisədə aktivlər, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə əhəmiyyətli dəyişiklik olmayıb. Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHİ (Herfindal-Hirşman indeks) indeksinə əsasən, 2026-cı ilin birinci yarımilinə kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 33 vahid artaraq 1213, depozit portfeli üzrə təmərküzləşmə indeksi ötən ilin sonu ilə müqayisədə 83 vahid artaraq 1589, aktivlər üzrə təmərküzləşmə indeksi isə 98 vahid artaraq 1458 təşkil edib. Beləliklə, bank sistemində kredit portfelinə əsasən, aşağı səviyyədə təmərküzləşmə, aktivlər və depozit portfelinə əsasən, isə bank sektoru orta təmərküzləşmə ətrafındadır. Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır", - məlumatda qeyd edilib.

Vurğulanıb ki, sektorun dayanıqlı maliyyələşmə mənbəyi kimi fiziki şəxslərin əmanətlərində artım müşahidə olunub: "2026-cı ilin birinci yarımili ərzində hüquqi şəxslərin depozitləri 1.8% (0.4 milyard manat) artaraq 22.3 milyard manat, fiziki şəxslərin əmanətləri isə 6.7% (1.1 milyard manat) artaraq 17.4 mlrd. manat təşkil edib. Nəticədə, ümumi depozit portfelində fiziki şəxslərin əmanətlərinin payı 1 f.b artaraq 44%, hüquqi şəxslərin depozitlərinin payı isə 1 f.b azalaraq 56% olub".

Xəbər lenti

Xəbər lenti