Bakı. Trend:
ABŞ administrasiyasının rəhbəri Donald Tramp əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın əldə olunmasında Volodimir Zelenskidən daha çox maraqlıdır.
“Düşünürəm ki, onlar razılaşma əldə edəcəklər. Hesab edirəm ki, Putin əslində razılaşma əldə etməkdə Zelenskidən daha çox maraqlıdır”, – deyə ABŞ lideri Ohayo ştatına yola düşməzdən əvvəl Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı bildirib.
