Fransada prezidentliyə namizədin üzərinə un səpdilər (FOTO)

Dünya xəbərləri Xəbər 12 Oktyabr 2026 09:49 (UTC +04:00)
Fransada prezidentliyə namizədin üzərinə un səpdilər (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransa Sosialist Partiyasının və sol mərkəzçi partiyalardan olan müttəfiqlərinin 2027-ci il prezident seçkilərində namizədi müəyyənləşdirmək üçün keçirdiyi ilkin seçkilərdə Avropa Parlamentinin deputatı, “İctimai Tribuna” partiyasının təsisçisi Rafael Qlüksmann qalib gəlib.

"Le Monde" qəzeti xəbər verir ki, Rafael Qlüksmannın qələbəsindən sonra ona un səpilib. Hadisə bazar günü axşam Parisin XX rayonunda baş verib. Qlüksmann “La Cantine de Belleville” müəssisəsində tərəfdarları ilə qələbəsini qeyd edib. Siyasətçi taksiyə minmək üçün küçəyə çıxarkən naməlum şəxs onun üzərinə un səpərək hadisə yerindən qaçıb.

Xatırladaq ki, Qlüksmann səslərin 66,13 faizini toplayıb. Sosialist Partiyasının lideri Olivye For 14,48 faiz səslə ikinci, 2007-ci ildə Fransa prezident seçkilərinin ikinci turuna yüksəlmiş Seqolen Ruayal isə 7,62 faiz səslə üçüncü olub. İlkin seçkilərdə ümumilikdə 120 mindən çox insan səs verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti