Fələstində prezident və parlament seçkilərinin tarixi açıqlanıb

Dünya xəbərləri Xəbər 10 Oktyabr 2026 18:00 (UTC +04:00)
Fələstində prezident və parlament seçkilərinin tarixi açıqlanıb

Bakı. Trend:

Fələstin Prezidenti Mahmud Abbas ölkədə prezident və parlament seçkilərinin 11 sentyabr 2027-ci ildə eyni gündə keçirilməsi haqqında fərman imzalayıb.

Fələstinin "WAFA" agentliyinin məlumatına görə, Abbas Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 28 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılan qanunvericilik (parlament) seçkiləri ilə bağlı əvvəlki fərmanı ləğv edib.

O, prezident və parlament seçkilərinin 11 sentyabr 2027-ci ildə eyni vaxtda təşkil olunması barədə qərar qəbul edib.

Yeni fərmanla Qüds, İordan çayının qərb sahili və Qəzza zolağındakı fələstinlilər dövlət başçısını və Fələstin Qanunvericilik Şurasının üzvlərini müəyyən etmək üçün azad və birbaşa seçkilərə çağırılıb.

Xəbərdə qeyd olunub ki, bu qərar fələstinli siyasi qruplar və qüvvələrlə aparılan milli məsləhətləşmələr nəticəsində qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti