ABŞ Səudiyyə Ərəbistanında olan vətəndaşlarını xəbərdar edib

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 15:17 (UTC +04:00)
ABŞ Səudiyyə Ərəbistanında olan vətəndaşlarını xəbərdar edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi Ər-Riyaddakı hava limanına hücumlardan sonra Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən krallıq ərazisində hərbi əməliyyatların genişlənməsi riskinin olduğunu bildirib.

Bu barədə diplomati missiyanın bəyanatında deyilir.

“Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparır, o cümlədən mülki hava limanlarına hücumlar edir. Hərbi münaqişə daha da kəskinləşə bilər”, – deyə səfirliyin bəyanatında qeyd olunub.

Səfirlik, həmçinin ABŞ vətəndaşlarına Yəmənlə sərhəddə yerləşən ərazilərə səfər etməməyi və ayıq-sayıq olmağı tövsiyə edib.

Daha əvvəl Səudiyyə Ərəbistanının hakimiyyət orqanları Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edildiyini bildiriblər. Yerli qurumların məlumatına görə, krallığın azı üç vətəndaşı həlak olub, daha bir neçə nəfər yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti