Bakıda üç avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Cəmiyyət Xəbər 9 Oktyabr 2026 09:36 (UTC +04:00)
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 20, 55 və 104 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin verdiyi məlumata görə, paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən həmin marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.

Dəyişikliyə əsasən, 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə, 55 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib.

104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra isə mövcud hərəkət sxemi üzrə təşkil edilib.

Xəbər lenti

Xəbər lenti