Prezident İlham Əliyevin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Siyasət Xəbər 8 Oktyabr 2026 11:51 (UTC +04:00)
Prezident İlham Əliyevin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türkmənbaşı. Trend:

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzaladılar.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti