Venesuelanın ikinci ən böyük neft emalı zavodu yanğından sonra fəaliyyətini tamamilə dayandırıb

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 13:22 (UTC +04:00)
Venesuelanın ikinci ən böyük neft emalı zavodu yanğından sonra fəaliyyətini tamamilə dayandırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Venesuelada təbii qazın verilişi xəttinin partlaması nəticəsində baş verən yanğından sonra “Kardon” neft emalı zavodunun fəaliyyəti tamamilə dayandırılıb.

Bu barədə "Reuters" dövlət neft şirkəti PDVSA-ya istinadən məlumat yayıb.

“Kardon” Venesuelanın ikinci ən böyük neft emalı zavodudur və günə təxminən 310 min barel neft emal etmək gücünə malikdir.

PDVSA-nın məlumatına görə, insident saat 15:25 radələrində qazanxana qurğularını təbii qazla təmin edən qaz kəmərində yaranmış zədələnmə nəticəsində baş verib. Yanğının qarşısı qısa müddətdə alınıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb və ciddi dağıntı qeydə alınmayıb. Hadisənin səbəbləri araşdırılır.

"Reuters"in mənbələri bildiriblər ki, yanğın qazanxana qurğuları da daxil olmaqla, neft emalı zavodunun bütün fəaliyyətinin dayandırılmasına səbəb olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti