Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq - CƏDVƏL

Cəmiyyət Press-reliz 7 Oktyabr 2026 11:09 (UTC +04:00)
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq - CƏDVƏL
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 10 və 11-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətdə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər də həyata keçirilir.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı–Ağstafa–Bakı sürətli sərnişin qatarı 18 mart 2023-cü ildən fəaliyyətə başlayıb.

Həmin tarixdən “Azərbaycan Dəmir Yolları” Bakı–Gəncə–Bakı sürətli qatarının marşrutunu Ağstafa stansiyasına qədər uzadıb və bununla Bakı–Ağstafa–Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişindaşımaya başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti