Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan asılıdır - Pərviz Şahbazov (FOTO)

İqtisadiyyat Xəbər 25 Noyabr 2026 15:47 (UTC +04:00)
Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan asılıdır - Pərviz Şahbazov (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” Enerji Tərəfdaşlığının (BREP) İdarə Heyətinin ilk plenar iclasında çıxış edib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Nazir bildirib ki, enerji təhlükəsizliyi risklərinin artdığı və yeni texnologiyaların enerji tələbatını dəyişdirdiyi bir dövrdə qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır. Onun sözlərinə görə, heç bir ölkə bu çağırışlara təkbaşına cavab verə bilməz və BREP Avrasiyanın gələcək enerji sistemində strateji əhəmiyyət daşıyır.

P.Şahbazov qeyd edib ki, tərəfdaşlıq enerji resurslarını, texnologiyaları və maliyyə imkanlarını vahid platformada birləşdirərək istehsalçıları, tranzit ölkələri və istehlakçıları bərabər əsaslarla bir araya gətirir. O bildirib ki, Azərbaycan enerji resursları, coğrafi mövqeyi və Şərq–Qərb və Şimal–Cənub dəhlizləri boyunca etibarlı tərəfdaş kimi təcrübəsi ilə bu əməkdaşlığa töhfə verməyə hazırdır.

Çin Milli Enerji Administrasiyasının rəhbəri Van Honçjinin sədrliyi ilə keçirilən iclasda İdarə Heyətinin təsis planı, energetika nazirlərinin IV konfransının gündəliyi və yekun sənədləri, eləcə də tərəfdaşlığın 2027-ci il üzrə iş planı nəzərdən keçirilib. Üzv ölkələr bu məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti