Əli Əsədov Boçorişvili ilə görüşüb

Siyasət Press-reliz 25 Noyabr 2026 14:13 (UTC +04:00)
Əli Əsədov Boçorişvili ilə görüşüb
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi vurğulanıb.

Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirilib.

Tərəflər ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti