Mərkəzi Asiyaya Avropa investisiyalarının cəlb edilməsi vacibdir - Nazir

Siyasət Xəbər 25 Noyabr 2026 13:46 (UTC +04:00)
Mərkəzi Asiyaya Avropa investisiyalarının cəlb edilməsi vacibdir - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Cənub dəhlizi vasitəsilə Mərkəzi Asiyanın Avropaya daha da yaxınlaşdırılması və regiona Avropa investisiyalarının cəlb edilməsi vacibdir.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfrasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, məqsəd sabit iqtisadi mühit, etibarlı təchizat və daha əlverişli ticarət şəraiti yaratmaqdır.

“Bu istiqamətdə irəliləmək üçün həm maliyyə resurslarına, həm də siyasi çərçivəyə ehtiyac var. Avropa İttifaqının (Aİ) yeddiillik büdcəsi çərçivəsində müzakirə olunan və yüz milyardlarla avroluq proqramları əhatə edən "Qlobal Avropa" təşəbbüsü Azərbaycanla əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır”.

Yanvarın 1-dən Aİ Şurasına sədrlik edəcəklərini xatırladan nazir qeyd edib ki, Litva qərəzsiz və dürüst vasitəçi kimi çıxış edəcək, bütün 27 üzv dövləti Azərbaycanla bağlı eyni ideya ətrafında bir araya gətirəcək:

“Bu, qarşıdakı illərdə əməkdaşlığımızı asanlaşdıracaq".

Xəbər lenti

Xəbər lenti